RU

Ermənistan Rusiya ilə birlikdə Qarsa yol çəkmək istəyir - Mirzoyan

“Gümrü-Qars dəmir yolunun dağılmış hissəsi tikilməlidir”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib ki, bununla bağlı Rusiya ilə dialoq aparılır.

“Ermənistan Gümrü-Qars yolunu Rusiya ilə birlikdə tamamlamağa hazırdır. Bunu edə bilsək, bu yolu seçəcəyik. Əks təqdirdə, başqa həll yolu tapacağıq. Amma bu məsələ həll olunmalıdır”, - o deyib.

Nazirin sözlərinə görə, Ermənistanın yeni Qərb-Şərq ticarət yolunda alternativ əlaq olmaq üçün tarixi fürsəti var: “Buna bu və ya digər şəkildə nail olacağıq. Əsas mərkəz olmaq üçün tarixi fürsətimiz var, bunu əldən verməyəcəyik”.

Asif

Избранный
7
publika.az

1Источники