ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Körfəz ölkələri ABŞ-İran razılaşmasının perspektivindən narahatdırlar
ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Fars körfəzi ölkələrinin liderləri Vaşinqtonu ölkələri üçün İrandan təhlükəsizlik zəmanəti almağa çağırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər regional ölkələrin liderləri Tehranın raket proqramı ilə bağlı müddəaları özündə əks etdirməyən ABŞ-İran razılaşmasının perspektivindən narahatdırlar.
WSJ qeyd edir ki, danışıqlar zamanı raket proqramı hələ müzakirə olunmayıb. Körfəz liderləri yeni eskalasiyanın onların ərazisindəki enerji obyektlərinə zərər verə biləcəyindən qorxurlar.
Eyni zamanda, Trampla danışıqlar zamanı Fars körfəzi dövlətləri münaqişənin mənfi iqtisadi nəticələrini əsas gətirərək onu mümkün qədər tez İranla razılığa gəlməyə çağırıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.