RU

Qazax stadionunun güləş zalı yenidən qurulur

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qazax, 25 may, AZƏRTAC

Qazax şəhər stadionunun ərazisində yerləşən güləş zalında əsaslı təmir işləri aparılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir işlərinə may ayının əvvəlindən başlanılıb. Yenidən qurulan güləş zalının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Qazax şəhər mərkəzi stadionunda yerləşən güləş zalı 1984-cü ildən fəaliyyət göstərib. 2022-ci ildən isə yararsız vəziyyətə düşdüyü üçün fəaliyyətini dayandırıb.

Yenilənən güləş zalında eyni vaxtda 50-60 uşağın məşq keçməsi üçün şərait olacaq.

Müxbir – Ruslan Novruzoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
azertag.az

1Источники