RU

İspaniya millisi Real Madrid in futbolçularına ehtiyac duymadı SİYAHI

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına gedəcək milli komandanın heyətini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, "Qırmızı Furiya"nın 26 nəfərik heyəti arasında "Real Madrid"in heç bir futbolçusu yer almayıb:

Qapıçılar: Unay Simon, David Raya, Joan Qarcsiya;

Müdafiəçilər: Pedro Porro, Marcos Llorente, Aymerik Lyaport, Pau Kubarsi, Mark Pubil, Erik Qarsiya, Mark Kukurelya, Alexandro Qrimaldo;

Yarımmüdafiəçilər: Rodri, Martin Subimendi, Pedri, Mikel Merino, Fabian Ruiz, Dani Olmo, Gavi.

Hücumçular: Niko Uilyams, Aleks Baena, Mikel Oyarsabal, Ferran Torres, Borja İqlesias, Yeremi Pino, Lamin Yamal, Viktor Munos.

Xatırladaq ki, İspaniya yığması mötəbər turnirin qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
5
cebheinfo.az

8Источники