RU

Azərbaycan nefti təyyarə yanacağı üçün çox uyğundur İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Hazırda dünyada ən çox çatışmazlıq, qiymət artımı və ən az qalan ehtiyatlar məhz təyyarə yanacağı ilə bağlıdır. Xam neftdən fərqli olaraq təyyarə yanacağı ilə bağlı yaranan bu vəziyyətin də səbəbi odur ki, ölkələrin strateji təyyarə yanacağı ehtiyatları xam neft ehtiyatlarından dəfələrlə azdır. Çünki, bir neçə il normal şəraitdə saxlana bilən xam neftdən fərqli olaraq təyyarə yanacağının saxlanma müddəti ideal şəraitdə 6-18 ay olsa da, ölkələr 2, maksimum 3 aylıq ehtiyatlar saxlayır. Çünki, təyyarə yanacağı keyfiyyətini itirməyə başladıqda istifadə üçün də rentabelli olmur”. 

Bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov 525.az-a deyib. İqtisadçı qeyd edib ki, Rusiyanın, Venesuelanın ağır neftlərindən fərqli olaraq Körfəz dövlətlərinin, xüsusilə Küveyt nefti təyyarə yanacağı üçün idealdır. Bu səbəbdən Hörmüz Boğazından keçən xam neftin 80%-i Çin başda olmaqla Asiya ölkələri tərəfindən idxal olunursa, təyyarə yanacağının təkcə 40%-i Avropa tərəfindən idxal olunur. Buna görə də, Avropada hazırda təyyarə yanacağı ilə bağlı vəziyyət kritikdir:

“Azərbaycan nefti də təyyarə yanacağı üçün çox uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciətlər edirlər. Turizm mövsümü, uçuşların artmasını nəzərə alaraq təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da kritik hal alacağı ehtimalı yüksəkdir.

Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 15-20%-nin məhz təyyarə yanacağı istehsalına yönəlməsi ciddi dəyər artımı demək olardı. Onu da qeyd edim ki, neft hasilatının azalması gələcəkdə az neftdən maksimum dəyər qazanmaq, məşğulluq və büdcə gəlirlərinin artımı baxımından neftayırma zavodumuzla bağlı strategiyaya yenidən baxılmasını zəruri edir”.  

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
525.az

1Источники