RU

85 min insan Qarabağa qayıtdı RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"WUF13-də Azərbaycan reallığı beynəlxalq auditoriyaya təqdim olundu”

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) həm iştirakçı sayı, həm də müzakirə olunan qlobal məsələlərin miqyası baxımından tarixi əhəmiyyət daşıyan beynəlxalq platformalardan biri kimi yadda qalıb. Dünyanın 182 ölkəsindən 45 minə yaxın iştirakçının qatıldığı forumda şəhərsalma, urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və gələcəyin şəhər modelləri ilə bağlı mühüm müzakirələr aparılıb.

Forum çərçivəsində müxtəlif ölkələrdən hökumət nümayəndələri, urbanistlər, beynəlxalq təşkilatlar, QHT təmsilçiləri və yerli icma liderləri bir araya gələrək qlobal şəhərləşmə prosesinin yaratdığı çağırışları və onların innovativ həll yollarını müzakirə ediblər. Xüsusilə artan urbanizasiya fonunda şəhərlərin iqtisadiyyatdakı rolunun genişlənməsi WUF13-ün əhəmiyyətini daha da artırır. Belə ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və qlobal ÜDM-nin təxminən 60 faizi məhz şəhərlərdə formalaşır. Bu baxımdan, WUF13 təkcə şəhərsalma forumu deyil, həm də gələcəyin dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərinin necə qurulacağı ilə bağlı qlobal baxışların formalaşdığı mühüm beynəlxalq dialoq platformasına çevrilib.

Siyasi şərhçi Elvin Baxşəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) təkcə qlobal şəhərsalma gündəliyi baxımından deyil, Azərbaycan üçün siyasi, iqtisadi və imic baxımından da mühüm dividendlər qazandıran beynəlxalq platformaya çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin forum çərçivəsində etdiyi çıxış Azərbaycanın beynəlxalq təqdimatı və gələcək investisiya imkanlarının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır və uğurlu addım kimi qiymətləndirilməlidir:

“Cənab Prezident çıxışında Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini vurğuladı və bunun ölkənin memarlıq üslubuna, şəhərsalma ənənələrinə ciddi təsir göstərdiyini qeyd etdi. Bakı, Gəncə, Naxçıvan, Qəbələ və Şəki kimi qədim şəhərlərimizin tarixi, memarlıq xüsusiyyətləri və həmin şəhərlərlə bağlı görkəmli şəxsiyyətlər haqqında beynəlxalq auditoriyaya ətraflı məlumat verilməsi Azərbaycanın mədəni irsinin tanıdılması baxımından olduqca vacib idi”.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesinə xüsusi yer ayrılması da diqqətçəkən məqamlardan olub:

“Dövlət başçısı işğal dövründə tamamilə dağıdılmış Ağdam şəhərinin sıfırdan yenidən qurulduğunu və gələcəkdə regionun böyük şəhərlərindən birinə çevriləcəyini bildirdi. Eyni zamanda vurğuladı ki, son beş il ərzində Qarabağda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yollar, körpülər və tunellər inşa edilərək istifadəyə verilib. Prezidentin açıqladığı məlumata görə, hazırda Qarabağda ümumilikdə 85 min insan yaşayır”.

Elvin Baxşəlizadənin fikrincə, WUF13 Azərbaycanın növbəti dəfə böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyini nümayiş etdirib: “Forum həm siyasi nüfuz, həm iqtisadi perspektivlər, həm də ölkənin beynəlxalq imici baxımından Azərbaycan üçün uzunmüddətli nəticələr yaradacaq. Bu tədbirin təsiri xüsusilə xarici investisiyaların cəlbi, turizm potensialının genişlənməsi və Azərbaycanın regional mərkəz kimi mövqeyinin güclənməsi istiqamətində daha aydın hiss olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
sherg.az

1Источники