RU

İki stulda otura bilməzsiniz “Ruslar deyir, ağlınızı başınıza yığın...”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Vayk şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı "Ermənistan" blokunun lideri, sabiq prezident Robert Köçəryan çıxış edərək, mövcud hakimiyyətin xarici siyasətini kəskin tənqid edib. 

"AzPolitika" xəbər verir ki, Köçəryan Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətləri korlamaq üçün hər şey etdiyini iddia edib.

Sabiq prezident hakimiyyətin ünvanına səslənən ittihamları şərh edərək istehza ilə bildirib: “Mən Aqnesadan (Ermənistan parlamentinin "Ermənistan" fraksiyasının deputatı Aqnesa Xamoyan - red.) öyrəndim ki, sən demə, ruslara rüşvət vermişəm”.

Moskvanın İrəvana yönəlik xəbərdarlıqlarına diqqət çəkən Köçəryan rəsmi İrəvanın xarici siyasət kursunu iqtisadi maraqlara zərbə vurmaqda ittiham edib: “Ruslar deyirlər ki, "ağlınızı başınıza yığın". Rusiyanın bu cür sərt reaksiyasından sonra elə görünürdü ki, bəzi şeylərə yenidən baxmalıdırlar. İki stulda otura bilməzsiniz. De, onda aparın pomidorunuzu Litvaya satın! İndi belə çıxır ki, ruslara sataşan, onları qıcıqlandıran bunlar deyil, müxalifət günahkardır”.

Ermənistanın iqtisadi və xarici siyasət maraqlarının bir-biri ilə tərs mütənasib olduğunu vurğulayan Köçəryan, kursun mütləq dəyişməli olduğunu qeyd edib: “Sən öz iqtisadi maraqlarına zidd olan xarici siyasət yürüdürsən. Kurs dəyişməlidir. Bu problemlərdən qurtulmaq üçün bu adamlar (hakimiyyət - red.) dəyişməlidir”.

Qeyd edək ki, son dövrlər Rusiya yüksək rütbəli rəsmiləri tərəfindən Ermənistan hakimiyyətinin ünvanına demək olar ki, sərt bəyanatlar səsləndirilir.

Buna baxmayaraq, Ermənistan rəhbərliyi Moskvanın kəskin və radikal addımlar atmayacağına əmindir. Parlamentin sədri Alen Simonyan isə bir qədər əvvəl iddia etmişdi ki, Rusiya-Ermənistan münaqişəsini rusiyayönümlü müxalifət liderləri – Robert Köçəryan, Qagik Tsarukyan və Samvel Karapetyan qızışdırır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
azpolitika.info

1Источники