Ajans.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib. Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildən İTV-nin baş direktorudur. Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.(apa)