RU

“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”.

style='margin-bottom:10px;'>

“Hazırlığımız yaxşı gedir. 1-2 oyunçumuz zədəlidir. Buna baxmayaraq, komanda ümumi vəziyyət yaxşıdır”. 

QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə milli komandamızın üzvü Ramiz Çovdarov deyib.

O, Slovakiyada keçiriləcək Avropa çempionatında birinci olmaq istədiklərini bildirib: 
“Son dünya çempionatında olduğu kimi, yenə də azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz Avropa çempionu olmaqdır”. 

Təcrübəli futbolçu qeyd edib ki, qitə birinciliyinə dünya çempionu kimi yollanmaq Azərbaycan millisinin işini daha da çətinləşdirir: “Dünya çempionatında qalib olmaqla rəqiblərimizi qıcıqlandırmışıq. Onlar da yarışa ciddi hazırlaşırlar. Bu səbəbdən də bizə daha çətin olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”. 

Избранный
22
1
teleqraf.com

1Источники