RU

Rusiya vətəndaşlığından çıxarılanların sayı artıb

Rusiya Daxili İşlər Nazirliyi son 2,5 ildə təxminən 4 min 500 nəfərin Rusiya vətəndaşlığının ləğv edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Nazirliyin Miqrasiya Xidməti İdarəsinin rəsmisi Roman Vereşşaginin verdiyi məlumata görə, bu qayda yalnız sonradan Rusiya vətəndaşlığı alan şəxslərə şamil olunur.

Doğuşdan Rusiya vətəndaşı olanlar bu qrupa daxil edilmir. Rəsminin bəyanatına əsasən, vətəndaşlığın ləğv edilməsinə səbəb olan ən böyük amil cinayət işləri olub. Məhkəmə qərarı ilə təqsirli bilinən 3 mindən çox şəxsin vətəndaşlığı geri alınıb.

Bununla yanaşı, 400-dən çox insan hərbi qeydiyyata düşmədiyi üçün vətəndaşlığını itirib. Təxminən 300 nəfər barəsində isə dövlət təhlükəsizliyinə təhdid yaratdıqları əsası ilə Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəyi doğrultusunda tədbir görülüb.

Rusiyada son illərdə miqrasiya və vətəndaşlıq siyasəti getdikcə sərtləşir. Xüsusilə xüsusi hərbi əməliyyatdan sonra təhlükəsizlik, hərbi mükəlləfiyyət və dövlətə sadiqlik məsələlərində yoxlamalar gücləndirilib. Rəsmilər vətəndaşlığın ləğvinin cinayət cəzalarından asılı olmayan inzibati mexanizm kimi tətbiq edildiyini vurğulayırlar.

Избранный
1
1
cebheinfo.az

2Источники