RU

FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May –Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir və bu tarixi gün ölkəmizdə böyük ehtiramla qeyd edilir. Onun sözlərinə görə, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində olan xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

Избранный
7
1
publika.az

5Источники