Serbiya Prezidenti istefa verəcəyi təqdirdə əvvəl parlament, daha sonra prezident seçkilərinin baş tutacağını bildirib...
Poliqon xəbər verir ki, Aleksandar Vuçiç Çinə səfəri zamanı istefa verəcəyi halda ölkədə əvvəl parlament, 90 gün sonra isə prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
“İstefa verəndə parlament seçkilərinə keçəcəyik, 90 gündən sonra prezident seçkiləri olacaq və məsələ bununla bitəcək. Burada böyük bir fəlsəfə yoxdur”, deyə Vuçiç bildirib.
Qeyd edək ki, Vuçiçin prezident səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.
Poliqon.info