RU

VPN istifadəçilərin onlayn fəaliyyətini qeydə alaraq üçüncü tərəflərə sata bilər XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bildiyimiz kimi, bir çox insan internetini gücləndirmək məqsədilə VPN-dən istifadə edir. Bəzi insanlar isə VPN-dən istifadəni təhlükəli hesab edir.

Bəs VPN-i stifadə etməyin telefon üçün hansısa bir zərəri varmı?

Redaktor.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, cəmiyyətdə yayılmış ən böyük yanlış təsəvvürlərdən biri VPN texnologiyasının internet sürətini artırması ilə bağlıdır:

"Əslində isə bu sistemlər interneti gücləndirmir, əksinə, məlumatları uzaqdakı serverlər vasitəsilə şifrələyərək ötürdüyü üçün sürəti bir qədər azaldır. VPN tətbiqlərinin telefona birbaşa fiziki zərəri olmasa da, arxa fonda davamlı şifrələmə prosesi getdiyindən prosessor daha çox yüklənir. Bu isə cihazın isinməsinə və batareyasının sürətlə bitməsinə səbəb olur".

Müsahibimiz əlavə etdi ki, xüsusilə pulsuz VPN xidmətləri rəqəmsal gigiyena qaydalarına zidd olaraq istifadəçilərin şəxsi məlumatlarını və onlayn fəaliyyətini qeydə alaraq üçüncü tərəflərə sata bilər:

"Eyni zamanda, qısa müddətdə fərqli ölkələrin IP ünvanlarından daxil olma cəhdləri bank və sosial şəbəkə alqoritmləri tərəfindən şübhəli fəaliyyət kimi qiymətləndirildiyi üçün hesablarınızın bloklanması riskini yaradır, şifrələmə protokolları isə əlavə data paketi sərf etdiyindən mobil internetinizin daha tez bitməsinə yol açır".

Xədicə BAXIŞLI 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
redaktor.az

2Источники