RU

Aşağı liqaya düşən klub baş məşqçisini göndərir

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Aşağı liqaya düşən klub baş məşqçisini göndərir

İngiltərənin "Vest Hem" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayırmağa hazırlaşır.

QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, komandanın Premyer Liqanı tərk etməsindən sonra portuqaliyalı mütəxəssisin vəzifəsindən göndərilməsi gözlənilir.

Xatırladaq ki, sonuncu turda komanda "Lids"ə 3:0 hesabı ilə qalib gəlsə də, bu nəticə elitada qalmaq üçün kifayət etməyib.  

Xatırladaq ki, Eşpiritu Santu ötən ilin sentyabrında Qrem Potteri əvəzləyərək klubu çalışdırmağa başlayıb. Qış transfer pəncərəsində rəhbərlikdən ciddi dəstək alıb nəticələrdə müəyyən müsbət dəyişikliklər etməsinə baxmayaraq o, komandanı aşağı liqaya düşməkdən xilas edə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
qol.az

2Источники