RU

Üstündə cadu var deyib, qadından 235 min manat aldı

Lent az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Stavropol vilayətində özünü şəfaçı kimi təqdim edən qadın  9,8 milyon rubl məbləğində (təxminən 235 min manat) aldatdığı məlum olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın zərərçəkmişi onun üzərinə sehrli lənət qoyulduğuna inandırıb və pul müqabilində bunu aradan qaldıra biləcəyini bildirib.

İstintaqın məlumatına əsasən, şübhəli qadın zərərçəkmişlə küçədə tanış olub. Söhbət zamanı o, əvvəlcədən hazırladığı xüsusi sikkəni nümayiş etdirib. Həmin sikkənin dəri ilə təmas zamanı rəngini dəyişməsi qadının üzərində guya sehr və ya lənət olduğunu sübut etmək üçün istifadə edilib.

Şübhəli şəxs daha sonra zərərçəkmişə anasının da ölüm təhlükəsi ilə üzləşdiyini deyib və bu təhlükəni aradan qaldırmaq üçün ritual keçirilməsinin vacib olduğunu bildirib.

Bu məqsədlə qadından 1 milyon rubl, 60 min ABŞ dolları, həmçinin təxminən 4 milyon rubl dəyərində zinət əşyaları alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
lent.az

1Источники