RU

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi tərəfindən Saatlı və Salyan rayonlarında əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün ümumilikdə 72 mənzilin satın alınması planlaşdırılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihələrin ümumi maliyyə dəyəri isə 5 milyon 464 min manat təşkil edir.

Bunun 3 milyon 385 min manatı Saatlı rayonu, 2 milyon 79 min manatı isə Salyan rayonu üzrə mənzil satınalmalarına sərf olunacaq.

Satınalma planına əsasən: 36 ədəd üçotaqlı mənzil, 36 ədəd ikiotaqlı mənzil alınacaq.

Mənzillərin bölgüsü belədir:

Saatlı rayonu üzrə:

18 ədəd üçotaqlı

27 ədəd ikiotaqlı mənzil

Salyan rayonu üzrə:

18 ədəd üçotaqlı

9 ədəd ikiotaqlı mənzil nəzərdə tutulub.

Избранный
2
10
far.az

10Источники