RU

"Real Madrid" onun üçün 40 milyon avro ödəməyə hazırdır

"Real Madrid" gələcəyin heyətini qurmaq məqsədilə transfer siyahısına "Portu"nun 19 yaşlı ulduz namizədi Rodriqo Moranı daxil edib.

Fanat.Az İspaniyanın "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu gənc istedad üçün minimum 40 milyon avro təzminat tələb edir.

"Barselona"nın da yaxından maraqlandığı futbolçu üçün tanınmış agent Jorje Mendeşin bu transferi məhz "Santyaqo Bernabeu"ya doğru yönləndirməyə çalışdığı bildirilir.

Müdafiə və hücum xətləri arasında yaradıcılığı artırmaq istəyən "kral klubu"nun yayda Portuqaliya təmsilçisi ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.

Избранный
8
fanat.az

1Источники