Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyində yeni kadr təyinatı reallaşıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.
Bizim.Media “nocomment.az”a istinadla xəbər verir ki, qərara əsasən, Leyla Nəsirova Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, L.Nəsirova bu təyinata qədər sözügedən tibb müəssisəsində uzun müddət həkim-nevropatoloq kimi fəaliyyət göstərib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта