RU

25 mayda müharibədə nələr baş verdi? – Kiyevə zərbələr, ağır itkilər

Rusiya-Ukrayna müharibəsində mayın 25-i yeni hücumlar, ərazi nəzarəti ilə bağlı açıqlamalar və qarşılıqlı ittihamlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, Rusiya tərəfi Kiyevdə yerləşən Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə qarşı ardıcıl və sistemli zərbələrə başladığını açıqlayıb. Bildirilib ki, hücumlar hərbi təyinatlı istehsal və idarəetmə obyektlərini hədəf alır.

Rusiya ordusu həmçinin Dnepropetrovsk vilayətində yerləşən Dobropasovo yaşayış məntəqəsini nəzarətə götürdüyünü iddia edib.

Moskvanın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin son sutkadakı itkiləri 1135 hərbçini keçib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Qərb ölkələri Starobelsk faciəsi ilə bağlı Kiyevi qınayan heç bir rəsmi açıqlama verməyib.

Bundan başqa, Rusiya Mərkəzi Bankı Avropa İttifaqının məhkəməsinə müraciət edərək bankın aktivlərinin Ukraynaya maliyyə dəstəyi vasitəsi kimi qiymətləndirilməsinə etiraz edib.

 

Musavat.com

Избранный
22
musavat.com

1Источники