RU

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

Naxçıvanda baş verən qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

APA xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan 6 nəfərdən biri, 22 yaşlı Əlizadə Nail İlham oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər 5 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam edir.

Həmin şəxslərdən Ş. Vəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda
Избранный
31
1
apa.az

2Источники