ain.az bildirir, Idman.biz portalına istinadən.
Bundesliqaya çıxmaq uğrunda pley-off mərhələsinin “Paderborn 07” ilə “Volfsburq” arasında cavab oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Paderborn 07” 2:1 hesabı ilə qalib gəlib. İlk oyun qolsuz heç-heçə ilə başa çatmışdı.
Hesabı 3-cü dəqiqədə “Volfsburq”dan Cenan Peyçinoviç açıb. 38-ci dəqiqədə Filip Bilbiya hesabı bərabərləşdirib. Əlavə vaxtıda, 100-cü dəqiqədə Lorin Kurda “Paderborn 07”nin qələbə qolunu vurub.
Beləliklə, iki oyunun nəticəsinə görə, “Paderborn 07” gələn mövsümdən Bundesliqada çıxış etmək hüququ qazanıb.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.