Dopinqin rəsmi olaraq icazə verildiyi ilk idman tədbiri olan “Enhanced Games” ABŞ-ın Las Vegas şəhərində keçirilib.
Publika.az xəbər verir ki, “Steroid Olimpiadasında” kişilər arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında dünya rekordu qırılıb.
2024-cü il Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı Kristian Qolomeyev 20,81 saniyəlik nəticə ilə avstraliyalı Kameron Makevoyun dünya rekordunu (20,88) üstələyib.