RU

İctimai yerlərdə sizə yaxınlaşıb, bunu desələr dərhal uzaqlaşın Rəsmi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Kiberdələduzlar küçədə, parkda və ya digər ictimai yerlərdə vətəndaşlara yaxınlaşaraq zəng etmək, yaxud hər hansı əməliyyatı yerinə yetirmək bəhanəsi ilə mobil telefonla kömək istəyirlər.Elektron Təhlükəsizlik Xidməti (ETX) xəbərdar edir ki, bu üsulla insanların biometrik məlumatları oğurlanır.Cinayətkarlar kömək istədikləri an gizli şəkildə videozəng, ekranın videoçəkilişi və ya digər qeydiyyat funksiyalarını aktivləşdirirlər. Beləliklə, vətəndaşın üz görüntüsü, səsi və barmaq izi kimi vacib məlumatları gizlicə qeydə alınır. Həmin datalardan isə sonradan bank hesablarına girmək və ya digər cinayət əməlləri üçün istifadə olunur.Təhlükədən qorunmaq üçün ETX əhaliyə bu qaydalara əməl etməyi tövsiyə edir:Yad adamların mobil telefonlarına toxunmayın.

Tanımadığınız şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı etməyin.

Kamera və ya səsli təsdiq tələb edən hallarda diqqətli olun.

Şəxsi və biometrik məlumatlarınızı kənar şəxslərə verməyin.

Yaşlı yaxınlarınızı və uşaqları bu təhlükədən xəbərdar edin.Şübhəli vəziyyətlə üzləşdikdə dərhal aidiyyəti qurumlara, yaxud ETX-nin "1654" qaynar xəttinə və [email protected] elektron poçt ünvanına məlumat vermək lazımdır.Yəni, küçədə tanımadığınız şəxs kömək bəhanəsi ilə sizə telefon uzadarsa, ehtiyatlı olun, çünki gizli kamera ilə üzünüzü və səsinizi qeydə alıb pullarınızı oğurlaya bilərlər.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
79
demokrat.az

1Источники