RU

Ağdam sakini: Bu gün yurd həsrətimiz başa çatır

BAKI, 26 may. TELEQRAF

Ağdam cənnət məkandır. Çox şükürlər olsun ki, bu həsrət başa çatır.

Bunu Teleqraf-a açıqlamasında keçmiş məcburi köçkün Amaliya Quliyeva deyib.

"Azərbaycanın hər qarışı əzizdir. Amma uşaqlığımı, gəncliyi keçirdiyim Ağdam yurdumdu, obamdı. Bu illər ərzində ona qovuşacağımız günün həsrət ilə yaşamışıq, nəhayət qayıdırıq. Təəssüf edirəm ki, bu gün valideynlərim, həyat yoldaşım görə bilmədi"- deyə, Amaliya Quliyeva bildirib.

O vətən uğrunda döyüşən qazilərimizə can sağlığı arzulayıb, şəhidlərimizə rəhmət dilədi.

Qeyd edək ki, bu gün Ağdam şəhərinə 110 ailə köçürülüb.

Избранный
66
teleqraf.com

1Источники