RU

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür

Bakı, 26 may, AZƏRTAC

Bu gün mənim bütün qohum-əqrəbam, bütün ağdamlılar yenidən doğma yurduna qayıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Bugünkü gündə biz elə bir xoşbəxtlik yaşayırıq ki, mən o hissləri sizə necə başa salacağımı bilmirəm; bunu heç nə ilə ölçmək olmaz. Əmimin, bibimin, xalamın ailəsi və biz özümüz – hamımız birlikdə Ağdama qayıdırıq. Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağdamdan olan keçmiş məcburi köçkün Rəşad Əliyev deyib.

"Arzu edirəm ki, bu əziz gün bütün soydaşlarımıza qismət olsun, didərgin düşmüş hər bir kəs öz torpağına qayıtsın. Yerin fərqi yoxdur, bütün qarabağlılar öz evinə, öz obasına qovuşsun. Hazırda orada hər tərəf sürətlə bərpa olunur, gözəl yollarımız çəkilir; Allah dövlətimizi var eləsin", - deyə o əlavə edib.

Избранный
11
3
azertag.az

4Источники