RU

Azərbaycanda BOKT-nin yeganə səhmdarı payını satdı – yeni payçılar açıqlanıb

BOKT “Azfinans” MMC-nin yeganə səhmdarı paylarını digər şəxslərə satıb.

Banker.az xəbər verir ki, şirkətin indiyədək nizamnamə kapitalına 100% payla nəzarət edən yeganə səhmdarı Əliyev İlqar Şükür oğlu paylarını tam şəkildə digər şəxslərə satıb. Onun BOKT-nin nizamnamə kapitalındakı payının nominal dəyəri 300 min manat təşkil edib.

Məlumata görə, BOKT ötən il nizamnamə kapitalını daha 1 milyon manat artırıb. Kapital artımından sonra pay bölgüsündə əsas nəzarət 70% payla Fidan Axundov Farid qızına keçib. Qalan 30% pay isə Orxan Məmmədov Kamaləddin oğluna məxsus olub.

Qeyd edək ki, BOKT “Azfinans” MMC 2021-ci ildə yaradılıb.

 

Избранный
54
banker.az

1Источники