Apple son illərdə ən radikal iPhone dizaynını hazırlayır. İnternetə iPhone 20-nin yubiley renderləri internetdə sızıb.
Azpost.info bildirir ki, iPhone 19 olmayacaq. Yeni smartfon sırf yubiley nömrəsi xatirinə buraxılacaq.
İnsayder Con Prosserin sözlərinə görə, smartfon bütöv ekran dizaynına malik ola bilər. Üzərindəki dynamic Island texnologiyasını və hətta kamera dəlikləri aradan qaldırıla bilər.
Apple-ın “bütöv şüşə” effekti yaratmaq üçün Face ID və ön kameranı birbaşa ekranın altına basdırmağı planlaşdırdığı bildirilir.
Şirkət həmçinin ənənəvi düymələrdən imtina edərək sensorlu düymələrə üstünlük verə və mövcud batareyanı daha yüksək tutumlu silikon anodlu batareya ilə əvəz edə bilər.
