RU

Rusiyada miqrantlar üçün vergilər 5-12 dəfə artırılacaq

Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram-da Dumanın gələn həftə immiqrasiya qanununa düzəlişləri müzakirə etməyə başlayacağını açıqlayıb. Hazırda parlamentin gündəliyində immiqrasiya məsələlərini tənzimləyən 10 qanun layihəsi var.

Hafta.az yazır ki, Volodinin sözlərinə görə, müzakirə olunacaq qanun layihələri xarici vətəndaşlar üçün vergi rüsumlarının 5-12 dəfə artırılmasını əhatə edir. Bu tədbirlərin büdcəyə əlavə illik gəlir gətirəcəyi təxmin olunur.

Hökumətin qanun layihəsinə görə, yeni rüsum dərəcələri aşağıdakı kimi olacaq:

Yaşayış icazəsi rüsumu: 6 mindən 30 min rubla qədər, müvəqqəti yaşayış icazəsi rüsumu (RVP) 1920 rubldan 15 min rubla, xaricilər üçün iş icazəsi rüsumu 4200 rubldan 5 min rubla qədər, Rusiya vətəndaşlığına müraciət haqqı 4200 rubldan 50 min rubla, miqrant iş icazəsi haqqı adambaşına 15 min rubla qədər artırılıb.

Избранный
6
hafta.az

1Источники