ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.
Aznews.az xəbər verir ki, bu barədə "Fox News" kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb.
"ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi", - deyə o əlavə edib.