RU

Romao “Qarabağ”ı ziyana saldı “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

FİFA-nın “Qarabağ”a qoyduğu transfer qadağasını ləğv etməsindən xəbərdarsız. Xatırladaq ki, ali futbol qurumu ağdamlıların növbəti üç transfer dönəmində oyunçu almasını qadağa qoymuşdu. “Köhlən atlar” sabiq futbolçusu Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, “Santa Klara” braziliyalı yarımmüdafiəçini transfer edən ağdamlılardan şikayət edib. Portuqaliya klubu “Qarabağ“ın ötən ilin yayında Romaonu “Ferentsvaroş“a göndərib, əvəzində Kadi Borgesi qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma narazılığını bildirib. Daha dəqiqi, “Santa Klara” “Qarabağ”dan 1 milyon avro təzminat tələb edib. FİFA-ya göndərilən sənəddə göstərilib ki, 2022-ci ildə Romaonun keçidiylə bağlı ağdamlılarla razılığa xüsusə bənd əlavə olunub. Həmin bəndə əsasən, futbolçunun üçüncü tərəfə satışından əldə edilən gəlirin 20 faizi “Santa Klara“nın hesabına köçürülməlidi. Ancaq FİFA bu keçidin “barter anlaşması” olduğunu üzə çıxarsa da, “Qarabağ“ın “Santa Klara“ya 200 min avro təzminat ödəməsini lazım bilib. Həmin məbləği ödəyən “köhlən atlar” qadağadan xilas olub.Maraqlıdı, bəs, belə məsələlər necə tənzimlənir? “Qarabağ” həqiqətən də Romao ilə bağlı prosesə ötəri yanaşdığı üçün başına bəla açıb, yoxsa başqa nəsə var? Bu suallarla təcrübəli menecer Emil Şükürova müraciət etdik:

“Qərarın əsasları deyilən anlayış var. Bu məlumatla tanış olmadığım üçün dəqiq nəsə deyə bilmərəm. Adətən, FİFA araşdırma aparır, hər iki klub, həmçinin oyunçu fikrini bildirir. Bundan sonra müvafiq qərar verilir. Yəqin ki, futbolçunun bir klubdan digərinə keçidi zamanı onu yetişdirən kluba ödənilməli olan məbləğ var imiş. Görünür, “Qarabağ” Romaonu transfer edəndə “Santa Klara”ya az pul ödəyib və razılıq olub ki, onun başqa komandaya keçidi reallaşsa, yenidən Portuqaliya təmsilçisinə müəyyən məbləğ veriləcək. Sadəcə, “Qarabağ” avrokuboklara, ölkə çempionatına başı qarışdığı üçün bu məbləği ödəməmiş ola bilər. Normal haldı. Belə kiçik səhvlərin olması mümkündü. Düzdü, “Qarabağ”da olub-olmadığını bilmirəm, amma hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı. “Qarabağ” qarşı tərəflə ortaq məxrəcə gələ bilməsə, ya qərarla razılaşmalı, ya da Apellyasiya Məhkəməsinə müraciət etməliydi. Görünür, razılıq əldə olunub”.

KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники