RU

Azərbaycan Prezidenti Çin Sədrinə və Pakistanın Baş nazirinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

 

Senzor.az bildirir ki, başsağlığında deyilir:

 

"Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

**

Azərbaycan lideri Pakistanın Baş naziri Şahbaz Şərifə də başsağlığı məktubu ünvanlayıb.

 

Məktubda deyilir:

 

"Hörmətli cənab Baş nazir,

 

Əziz Qardaşım,

 

Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik.

 

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

Allah rəhmət eləsin!"

 

Избранный
24
28
senzor.az

10Источники