RU

Bu ölkədə güclü zəlzələ oldu

Cənubi Amerika ölkəsi olan Çilinin şimalında 6,9 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələ ölkənin şimalındakı Calama şəhərindən 31 kilometr şərqdə qeydə alınıb.

Yeraltı təkanların 101 kilometr dərinlikdə meydana gəldiyi qeyd olunub.Rəsmilər zəlzələ nəticəsində can və mal itkisi olmadığını açıqlayıblar.

Bölgədə yaşayan insanlar qısa müddətli panika yaşasa da, hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.

Mütəxəssislər afterşok ehtimalının davam etdiyini vurğulayaraq vətəndaşlara diqqətli olmağı tövsiyə ediblər. 

Избранный
6
cebheinfo.az

1Источники