RU

Ermənistan Hindistandan yeni silahlar alır: Siyahıda nələr var?

ain.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan Hindistandan yeni silahlar almağı planlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Hindistandan yeni silahlar, o cümlədən "Akash-NG" Hava Hücumundan Müdafiə (HHM) sistemləri, "Pralay" raketləri almağı və "Su-30SM" qırıcılarını modernləşdirməyi planlaşdırır.

Bu addım Ermənistanın Rusiya silahlarından asılılığını azaltmaqla yanaşı, öz hərbi potensialını gücləndirməyə yönəlib.

"Akash-NG" sistemi uzaq mənzilli qabaqcıl hava hücumundan müdafiəni, "Pralay" raketləri isə yüksək dəqiqlikli zərbə imkanlarını təmin edə bilər. Hindistan, həmçinin Ermənistanın "Su-30SM" qırıcı parkını "Uttam" aktiv fazalı barmaqlı antena (AESA) radarları, "Astra" raketləri və qabaqcıl zərbə sistemləri ilə təkmilləşdirməyi nəzərdə tutur.

Hindistan ilə Ermənistan arasında genişlənən müdafiə əməkdaşlığı Qafqazda 2020-ci ildə 44 günlük müharibədən sonra yaranmış güc balansını dəyişməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
50
modern.az

10Источники