Prezidentin Fərmanı ilə yaradılanyeni universitet necə OLACAQ?- EKSPERT AÇIQLADI
Azərbaycanda aqrar sahədə inqilabi addım: Yeni beynəlxalq universitet yaradılır. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar sektorunda yeni bir dövrün əsasını qoyur. Proqram çərçivəsində reallaşdırılacaq ən diqqətçəkən layihələrdən biri də xarici tərəfdaşla birgə yaradılacaq yeni beynəlxalq aqrar universitetdir.