Ajans.az xəbər verir ki, yoluxuculuq səviyyəsinin yüksək olması nəticəsində xəstəlik qısa müddətdə bağça və məktəb kollektivlərində sürətlə yayılır. Bu isə həm uşaqların sağlamlığına, həm də tədris prosesinə mənfi təsir göstərir. Mövcud vəziyyət valideynləri övladlarının sağlamlığına qarşı daha diqqətli olmağa sövq edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.