RU

"Platformalardan ağıllı istifadə edib öz problemlərimizi aydın şəkildə diqqətə çatdırmalıyıq"

"“Bakı Bəyannaməsi”nin böyük əhəmiyyəti var. Xüsusilə də vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə həmrəy davranışı ümumi işimizin də faydasınadır və bizim təbliğat işimizin nəticəsidir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının gördüyü intensiv işin nəticəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunu olaraq qəbul olunan “Bakı Bəyannaməsi”ndə Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərindəki dağıntıların və işğaldan azad edildikdən sonra həmin ərazilərdə aparılan bərpa işlərinin qeyd edilməsindən danışarkən bildirdi.

Millət vəkili vurğuladı ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi əməllərin böyük əksəriyyəti artıq geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb:

"Xüsusilə də bu platformalarda qəbul olunan sənədlər ciddi təhlil olunur. Həqiqətən də onların, məsələn, kilsələrlə bağlı yalan-uydurma təbliğatlarının da iflasa uğradığı bundan ortaya çıxır. Bu baxımdan da biz bu platformalardan ağıllı istifadə edib öz problemlərimizi daha aydın şəkildə diqqətə çatdırmalıyıq. Mən bunu yüksək qiymətləndirirəm və bu istiqamətdə bütün sahələrdə biz özümüzün daha səmərəli fəaliyyət göstərmə imkanlarını daha ağıllı şəkildə istifadə etməliyik".

Aytəkin TOFİQQIZI

Избранный
5
1
redaktor.az

2Источники