RU

Estrogen və testosteron çatışmazlığı nələrə səbəb ola bilər?

ain.az bildirir, Bizimyol portalına istinadən.

Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, hormon terapiyalarıq üzrə türk həkim Ebru Ünal bildirib ki, hormonlar 35 yaşdan sonra azalmağa başlayır, 40 yaşdan sonra isə qadınlarda estrogen, kişilərdə testosteron səviyyəsi aşağı düşür. Onun sözlərinə görə, düzgün qidalanmamaq bu prosesi sürətləndirir.

Həkim qeyd edib ki, testosteron səviyyəsini qidalanma və ya hormon terapiyası ilə artırmaq mümkündür.

O, əlavə edib ki, əsas risk estrogen səviyyəsinin artmasıdır və bəzi qida məhsulları da buna təsir edir.

Həkimin sözlərinə görə, yorğunluq, yuxu pozğunluğu, əsəbilik, qorxu hissi və depressiya testosteron azalmasının əlamətləri ola bilər.

Testosteron azalmasının əsas əlamətləri hansılardır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan endokrinoloq Emin Yusifov bildirib ki, kişilərdə testosteron daimi olaraq yaranır: “Doğrudur, insanlar yaşa dolduqca qadınlarda estrogen, kişilərdə isə testosteron azalır.

Qadınlarda estrogenin yaranması prosesi belədir: menstrual dövrünün birinci hissəsində testosteron yaranır. Ortalama 28 gündən ibarət olan menstrual dövrün təxminən ilk 14 günündə testosteron sintez olunur, qalan 14 gündə isə həmin testosteron estrogenə çevrilir.

Kişilərdə isə testosteron daimi olaraq yaranır. Onun müəyyən hissəsi aromataz yolu ilə estrogenə çevrilir. Bəzi qidalar bu aromataz prosesini artırır. İnsan cavan olanda orqanizm bununla mübarizə apara bilir, lakin yaş artdıqca bu proses çətinləşir.

Qadınlarda bəzi məhsullar aromatazı azaldır və testosteronun estrogenə çevrilməsinin qarşısını alır. Kişilərdə isə müəyyən məhsullar testosteronun daha çox estrogenə çevrilməsinə səbəb olur. Buna görə də 40 yaşdan sonra kişilərdə estrogen çoxalır və bu ciddi təhlükələr yarada bilər. Estrogen ürək-damar sistemində ciddi spazmlara səbəb ola bilər”.

Emin Yusifovun sözlərinə görə, xalq arasında deyilən “40 yaş ad günü keçirilməz” fikri də bununla əlaqələndirilir. O qeyd edib ki, 40 yaşda baş verən qəfil ölümlər estrogenin miqdarının artması ilə bağlıdır:

Qadınlarda da 40 yaşdan sonra, menstruasiya davam etsə belə, estrogenin çevrilməsi azalır. Yəni ailə həyatı da buna çox təsir edir. Münasibət zamanı qadınlarda estrogen artır və aromatizasiya yolu aktivləşir. Buna görə də dünyada gerontologiya elmi ilə məşğul olan mütəxəssislər 75–80 yaşa qədər cinsi həyatı tövsiyə edirlər. Məqsəd estrogen səviyyəsinin müəyyən qədər qorunması və sağlamlığın saxlanılmasıdır”.

Emin Yusifov qeyd edib ki, estrogenin orqanizmdə funksiyaları çoxdur: “Qadınlarda koqnitiv pozuntular yarana bilər, ayaq damarlarında problemlər meydana çıxa bilər, süd vəzilərində mastopatiya yarana bilər, insulin dirənci və daha sonra şəkər xəstəliyi inkişaf edə bilər. Bunların hamısı estrogen çatışmazlığının əlamətləridir. O qeyd edib ki, bu zaman qocalma prosesi də sürətlənir.

Kişilərdə isə testosteron azalan kimi əzələ kütləsi azalır. Bununla yanaşı, onkoloji müqavimət zəifləyir, həyat eşqi və yaşama həvəsi azalır, qocalma prosesi sürətlənir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
bizimyol.info

1Источники