RU

Abituriyent və valideynlərin gözlədiyi xəbər:1 və 4-cü qrup imtahanı ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, mayın24-də 2 və 3-cü qrupların blok imtahanı keçirilib. Sosial şəbəkələrdə, eyni zamanda ekspertlərin açıqlamalarında bildirilir ki, imtahan normal səviyyədə olub.

Bəs 1 və 4-cü qrupların imtahanının səviyyəsi necə ola bilər?

Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, ikinci və üçüncü qrupların blok imtahanlarının normal və balanslı keçməsi Dövlət İmtahan Mərkəzinin (DİM) bu il kəskin çətinləşdirmə siyasəti yürütmədiyini göstərir:

"Qarşıdan gələn birinci və dördüncü qrupların imtahanlarında da sualların səviyyəsinin kütləvi şəkildə qeyri-adi dərəcədə çətin olmayacağını, proqrama tam uyğun və orta balanslı səviyyədə keçəcəyini proqnozlaşdırmaq olar. Həm birinci, həm də ikinci qrupda riyaziyyat ortaq fənn olduğundan, ikinci qrupda düşən sualların strukturu birinci qrup üçün də əsas prioritetdir. Hesab edirəm ki, sualların 70-80 faizi mütləq şəkildə standart təsdiq tapşırıqları tipində, 10-15 faizi isə daha yüksək bal toplamaq istəyən abituriyentləri ayırd etmək üçün analitik təfəkkür tələb edən suallar əsasında olacaq".

Həmsöhbətimizin fikrincə, birinci qrup üzrə fizika və kimyadan da analoji yanaşma olacaq:

"Fizika fənnindən nəzəri qaydalar, qrafiklərin təhlili və düstur çevirmələrinə son illərdə sınaq və qəbul imtahanlarında daha çox yer verilir. Ümumilikdə, dördüncü qrup üzrə isə hesab edirəm ki, ən həlledici, bəzən sürprizli fənn biologiyadır. Burada mətn tipli tapşırıqların həcmi böyük ola bilər.

Bütövlükdə kimya və fizika üzrə, burada da tibb və biologiya təmayüllü olan qrupda fizika və kimya sualları adətən birinci qrupla müqayisədə bir qədər yüksək olur. Lakin rəqabət yüksək olduğundan hesab edirəm ki, abituriyentlər arxayınlaşmamalıdırlar. Fürsətdən istifadə edərək, eyni zamanda növbəti imtahanlarda bizim abituriyentlərimizə uğurlar arzu edirəm".

Aytəkin TOFİQQIZI

Избранный
15
1
redaktor.az

2Источники