RU

Deputatdan Qurban bayramı ilə bağlıTƏKLİF

"Qurban bayramı niyə dövlət səviyyəsində keçirilmir?"

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin yaz sessiyasının son iclasında danışarkən bildirdi.

O əlavə etdi ki, bu bayram ulu öndər Heydər Əliyevin dövründə xalqımızın tarixində sülhün, birgəyaşayışın və milli-mənəvi dəyərlərin təcəssümü kimi dövlət səviyyəsində xüsusi əhəmiyyət qazandı:

"Həmin dövrdə cənab prezident tərəfindən imzalanan fərmanla bu bayram dövlət bayramları siyahısına daxil edildi və rəsmi təqvimdə öz əksini tapdı. Amma çox təəssüf ki, xalqımızın ən böyük mənəvi bayramlarından biri olan Qurban bayramının dövlət səviyyəsində qeyd olunması ilə bağlı müəyyən suallar yaranır. Təklif edirəm ki, Qurban bayramı çox təntənəli şəkildə Gülüstan sarayında keçirilməlidir".

NURİYYƏ

Избранный
28
redaktor.az

1Источники