RU

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındakı bəzi aktivlər üzrə borcların tələb hüquqlarının müsabiqə yolu ilə satışının keçirilməsi barədə elan

Müsabiqəyə çıxarılan aktivlər üzrə borcların tələb hüquqları barədə məlumat

1. “United Textiles” FZE-nin borcu üzrə tələb hüququ.

Tələb hüququn ilkin satış dəyəri 23 109 412,64 (iyirmi üç milyon bir yüz doqquz min dörd yüz on iki ABŞ dolları 64 sent) ABŞ dolları.

2. "Solid Consulting LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə tələb hüququ.

Tələb hüququn ikinci müsabiqə üzrə satış dəyəri 23.000.000,00 (iyirmi üç milyon) manat.

3. “Kavkasis Betoni 2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə tələb hüququ

Tələb hüququn ikinci müsabiqə üzrə satış dəyəri 14.000.000,00 (on dörd milyon) manat.

Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 26.05.2026-cı il, saat 10:00 – 19.06.2026-cı il, saat 16:00-dək

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 24.06.2026-cı il, saat 11:00

Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135

Aktivin parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 26.05.2026-cı il tarixdən 19.06.2026-cı il tarixədək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında baxılmalıdır.

Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90

Əhəd Vəhədzadə 050-374-27-27

İddiaçılar qarşısında irəli sürülən şərtlər

1. İddiaçı tərəfindən aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən aktivi almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır;

2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə aktiv üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir;

3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər;

4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır;

5. Müsabiqə zamanı aktivin start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar aktiv üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edir. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir;

6. Müsabiqənin qalibi aktivin dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

1. İddiaçının ərizəsi (Ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək);

2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd;

3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə);

4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz;

5. Etibarnamə (nümayəndə iştirak etdikdə);

Qeyd: İddiaçı hüquqi şəxs olduqda-(Dövlət qeydiyyatı haqqında şəhadətnamə, Nizamnamə, Qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti);

Beh ödənilməsi üçün bank rekvizitləri

Kodu: 501587

VÖEN: 1300025711

SWIFT BIC: ACJTAZ22

Ünvan: Bakı şəhəri, AZ 1006 Qədirli küçəsi 125

M/H Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944

H/H: AZ67ACJT45019192794010094401

 

Избранный
1
xalqqazeti.az

1Источники