"Qarşıdan Qurban Bayramı gəldiyi üçün çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda uşaqların gözü qarşısında heyvanlar kəsilir. Mən bunu mətbuatda da vurğulamışam. Hətta təkcə uşaqların deyil, bir heyvanın gözü qarşısında digər heyvanın kəsilməsi halları da baş verir. Məncə, məişət zorakılığının müəyyən kökləri məhz buradan başlayır".
Redaktor.az xəbər veri ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının son iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.
O əlavə etdi ki, valideynlər də bəzən uşaqların gözü qarşısında qurban kəsirlər, hətta heyvanın qanını uşağın alnına çəkirlər:
"Mən hesab edirəm ki, bu məsələnin qarşısını yalnız maarifləndirmə ilə almaq mümkün deyil. Müvafiq dövlət qurumları tərəfindən də ciddi addımlar atılmalıdır".
NURİYYƏ