Ajans.az xəbər verir ki, səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq olunan müasir tədris yanaşmaları barədə məlumat verilib. Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.