Olke.az saytına istinadən ain.az xəbər verir.
Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik.
Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin ailə, qadın, uşaq problemləri üzrə komitənin sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, gender bərabərliyi mədəniyyətinin təbliğini xüsusi ilə gücləndirməlidir: 'Vətəndaş cəmiyyəti və Media bu sahədə daha aktiv iştirak etməlidir. Düzdür, hazırda müxtəlif televiziya kanallarında gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində proqramlar yayımlanır. Ayrı-ayrı verlişlərdə müzakirələr aparılır. Ancaq, yaxşı olardı ki, bu sahə üzrə ixtisaslaşmış ekspertlər, hüquqşünaslar, vəkillər, sosioloq və psixoloqların iştirakı ilə verişlər hazırlansın".
O əlavə edib ki, Azərbaycanda gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
"Ölkədə gender bərabərliyinin təmin edilməsi bir qurumun işi deyil. Bütün qurumlarda gender üzrə məsul şəxslər var. Bu qurumlar arasında görülmüş işlər, dövlət proqramlarının yerinə yetirilməsi, eyni zamanda, həmin sahələrdə çətinliklər, təkliflərlə bağlı hesabatlılıq olmalıdır",- vurğulayıb.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.