RU

Avropa və Rusiya arasında dialoq üçün üç yeni namizədin adı açıqlanıb

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı Rusiya ilə danışıqlar aparan şəxs rolu üçün üç yeni namizədi müzakirə edir.

Gununsesi.info bu barədə “Politico” nəşrinə istinadən məlumat verir.

Nəşrdə Avropa Şurasının prezidenti Antonio Costa, Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö və Avropa Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunkerin danışıqlar apara biləcəyi bildirilir.

Qeyd olunur ki, Aİ xarici işlər nazirləri bu həftə keçiriləcək qeyri-rəsmi görüşdə Rusiya ilə birbaşa dialoq imkanlarını müzakirə etməyi planlaşdırırlar.

“Politico”nun məlumatına görə, Ukraynanın Aİ-dəki tərəfdarları avropalı danışıqçı təyin etməyin müdrikliyinə şübhə ilə yanaşırlar və bunun  Rusiyaya sanksiyalar vasitəsilə təzyiq göstərmək səylərini sarsıda biləcəyinə inanırlar.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
icma.az

1Источники