RU

SEPAH: Fars körfəzində ABŞ-yə məxsus PUA vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni ölkənin hava məkanını pozmaqda ittiham edib.

"Far.Az" "Interfaks"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalı məlumat yayıb.

"ABŞ ordusu regionda müdaxiləçi avantüralarını davam etdirərək Fars körfəzi ərazisində İranın hava məkanına daxil olub. SEPAH-ın HHM bölmələri ölkəmizin hava məkanını qoruyaraq, dəqiq kəşfiyyat monitorinqi apardıqdan sonra "MQ-9" pilotsuz təyyarəsini aşkar edərək vurub", - məlumatda bildirilib.

Qeyd olunub ki, İran hərbçiləri atəş açaraq "RQ-4" pilotsuz təyyarəsini və "F-35" qırıcısını ölkənin hava məkanını tərk etməyə məcbur ediblər:

"SEPAH cavab tədbirləri hüququnu qanuni və qeyd-şərtsiz hesab edir".

Избранный
15
1
far.az

2Источники