Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Dayaq Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 may 2026-cı il tarixində Neftçalada “Fırçala, Gülümsə, Parla” adlı aksiya keçirilib.
QHT.az xəbər verir ki, ağız gigiyenası mövzusunda təşkil olunmuş maarifləndirici təlimdə Neftçala rayonunun Aşağı Qaramanlı, Astanlı və Qədimkənd kəndlərindən 62 nəfər iştirak edib.
Həkimlər İlahə Əzizova və Samir Hüseynov mövzu ətrafında təqdimatla çıxış edərək iştirakçılara geniş məlumat veriblər. Layihəyə “Splat” şirkəti maliyyə dəstəyi göstərib. Qaraman İcma Mərkəzi isə tədbirə ev sahibliyi edib.