RU

Sükan arxasında siqaret çəkən sürücü kötüyünü yola atdı 77 GJ 660 VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, “Dərnəgül” metrosunun yaxınlığında yol hərəkəti qaydalarını və ictimai davranış normalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də saat 16:46 radələrində qeydə alınıb. Görüntülərdə 77-GJ-660 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsünün hərəkətdə olarkən sükan arxasında siqaret çəkdiyi əks olunub. Daha sonra sürücü siqaret kötüyünü avtomobildən birbaşa yolun hərəkət hissəsinə atıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və yol qurğularına tullantı atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə edilə bilər.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
avtosfer.az

1Источники