"Mançester Yunayted" yay transfer pəncərəsinin səs-küylü transferinə imza atmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi "Real Madrid"dən Ourelye Tçuhamenini transfer etmək üçün danışıqlara başlayıb.
Məlumatı "Ficheis" yayıb. Xəbərə görə, "qırmızı şeytanlar" fransız yarımmüdafiəçi üçün təxminən 80 milyon avro dəyərində təklif verib.
"Mançester Yunayted" rəhbərliyi Tçuameninin Çempionlar Liqasına qayıtdıqları mövsümdə yarımmüdafiəni xeyli gücləndirəcəklərinə inanır. Avropanın ən nüfuzlu yarışına qayıdan klub mövsüm bitər-bitməz Kazemiro ilə yollarını rəsmən ayırıb.
"Real Madrid" fransızı asanlıqla buraxmaq istəmir. Lakin "Bernabeu"nun məşqçilər heyətində ediləcək dəyişikliklər MY-ni ümidləndirir. Mançesterlilər transferi DÇ-2026-nın gedişində bitirməyi hədəfləyir.
Mirağa