
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəməyə yeni imiclə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Abzats” teleqram kanalı məlumat verib.
Məlumata görə, o, məhkəmə qarşısına üzərində tikmə köynəyi xatırladan qırmızı naxışlı ağ köynəkdə çıxıb.
Saakaşvili həmçinin qırxılmış başında buraxdığı uzun saçı ilə də (daha çox kazaklara məxsusdur) diqqəti cəlb edib.
Məhkəmənin səbəbi göstərilməyib.
Qeyd edək ki, Saakaşvili 2004-cü ildən 2013-cü ilə qədər iki prezidentlik müddətində Gürcüstana rəhbərlik edib. 2015-ci ildə o, Ukrayna vətəndaşlığını alıb və bir müddət Prezident Petro Poroşenkonun müşaviri, eləcə də Beynəlxalq Məsləhətçi İslahat Şurasının sədri vəzifələrini tutub. O, həmçinin Odessa vilayətinin qubernatoru təyin edilib, lakin 2016-cı ildə islahatların olmamasına etiraz olaraq istefa verib.
Digər tərəfdən, Gürcüstanda ona bir neçə korrupsiya iddiası ilə bağlı ittiham irəli sürülüb. Saakaşvili qiyabi olaraq 12 il həbs cəzasına məhkum edilib və axtarışa verilib.
2021-ci ilin oktyabr ayında, bələdiyyə seçkiləri ərəfəsində Saakaşvili Gürcüstana qayıdarkən saxlanılıb və cəzasını çəkmək üçün həbsxanaya göndərilib. O, kamerasında aclıq aksiyası keçirib, bundan sonra səhhətinin pisləşdiyini bildirib. Daha sonar o, 2022-ci ilin may ayında müalicə üçün “Vivamed” klinikasına köçürülüb. 2025-ci ilin noyabr ayında o, saxlanıldığı klinikadan həbsxanaya qaytarılıb.