RU

Azərbaycan futbolunda növbəti XAOS - AFFA hansı qərarı verəcək?

AFFA çıxaracağı bir qərarla İkinci Liqada aləm bir-birinə dəyə bilər.

Bu barədə bir qədər sonra.

Bildiyiniz kimi, ötən mövsümdən liqalara pley-off sistemi tətbiq edilib.

Premyer Liqanın 11-ci sırada bitirən "Qəbələ" Birinci Liqanı 2-ci sırada tamamlayan "Mingəçevir" üz-üzə gələcək.

Birinci Liqanın 9-cusu “Şimal”la və İkinci Liqanın 2-cisi “Qaradağ Lökbatan” qarşılaşacaq.

Hər iki matçın keçiriləcəyi ünvan, tarix, saat məlumdur.

Amma qeyd etdiyimiz iki pley-off maçından fərqli olaraq, üçüncü pley-off görüşü ilə bağlı qeyri-müəyyənlik var.

Söhbət İkinci Liqanın 11-cisi olan "Ağstafa Gəncələri" Region Liqasının ikincisi "Marafon" arasında keçirilməli görüşdən gedir.

Bu oyunla bağlı heç bir informasiya yoxdur.

Səssizliyin izinə düşüb bir çox həqiqətlərə çata bildik.

Deməli, AFFA İntizam Komitəsi tərəfindən İkinci Liqanın 27-ci turunun “Kür-Araz” – “Araz Saatlı” oyununda təhlükəsizlik tam təmin edilmədiyinə görə “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

90+1-ci dəqiqədə isə “Araz Saatlı” komandası meydanı özbaşına tərk etdiyinə görə “Araz Saatlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Araz Saatlı" qərardan apellyasiya şikayəti verib.

Peşəkar Futbol Liqası belədə çarəsiz durumda qalıb. Şikayətə baxılmasını gözləmək məcburiyyətindədir.

İşin ən qarışıq tərəfi odur ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Araz Saatlı"nın şikayətini təmin edə bilər.

Belədə turnir cədvəlində vəziyyət 180 dərəcə dəyişəcək.

Aktivinə yazdıracağı 3 xalla "Araz Saatlı" sonuncu pillədən xilas olacaq.

Pley-off oynamağa hazırlaşan "Ağstafa Gəncələri" sonuncu pilləyə düşərək liqanı tərk edəcək.

Pley-off oynamaq belədə 11-ci pilləyə enəcək "Göygöl"ün boyuna biçiləcək.

İş bununla da bitmir.

AFFA-nın Lisenziya Komissiyası tələbləri yerinə yetirmədiyi üçün "Göygöl" komandasına yeni mövsüm üçün lisenziya verməyib.

Belədə liqanın yenidən formalaşan turnir cədvəlində 10-cu olacaq "Ağdaş" komandası pley-off oynamalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
5
sportinfo.az

1Источники